Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmovun mahnılarından ibarət konsert olacaq
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert proqramı baş tutacaq.
Bu barədə APA-ya filarmoniyadan məlumat verilib.
Bildirilib ki, gecədə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solistlər Vasif Bayramov, Rüstəm Cəfərov "Oxu tar", "Bahar olsun", "Alagöz ", "Qurban adına", "Hardasan", "İntizar", "Gəlmədin", "Şeir deyilmi", "Bilmədin", "Səhər nəğməsi", "Sənindir", "Getmə-getmə", "Azərbaycan" mahnılarını ifa edəcəklər.
Qeyd edək ki, 29 sentyabr saat 19:00-da keçiriləcək konsertin biletlərini filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.
Oxşar xəbərlər
Gəncə Filarmoniyasında Arif Məlikova həsr olunmuş konsert keçiriləcək
"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın Avropa Liqasında rəqibləri müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
