Sizinxeber.az » Mədəniyyət » İncəsənət » ABŞ səfirliyi Amerika incəsənət əsərlərini nümayiş etdirib

ABŞ səfirliyi Amerika incəsənət əsərlərini nümayiş etdirib

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby ABŞ Dövlət Departamentinin 1963-cü ildən fəaliyyət göstərən "Səfirliklərdə incəsənət" proqramı çərçivəsində təqdim olunan rəsm əsərləri ilə tanışlıq üçün qəbul keçirib.

APA xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby və onun xanımı Danusia “səfirliklərdə incəsənət” layhiəsi çərçivəsində kolleksiya təqdim etdilər. səfir və xanımı əvvəlcə əsərlər barədə təffəruatlı şəkildə məlumat verdilər.

Daha sonra səfir Mark Libby mədəniyyət və incəsənət xadimləri üçün təşkil edilmiş qəbulda açılış nitqi etdi.

Həyat yoldaşım Danusia və mən Azərbaycanın canlı mədəniyyət ictimaiyyətinin çoxlu hörmətli üzvlərini qəbul etməkdən məmnunuq.Bu əsərlər Birləşmiş Ştatlarda rastlanan müxtəlif və yaradıcı bədii ifadəyə dair təsəvvür yaradır və ümidvarıq ki, onlar bizim müxtəlif mədəniyyətlərin bölüşdürülməsin artırmaq üçün körpü rolunu oynayacaqlar.şəxsi müstəvidə bu əsərlərin hər biri mənim doğma regionum olan New England-dan Amerika Birləşmiş Ştatlarının bölgəsindən - yəni ölkənin ən şimal-şərqində yerləşən altı ştatdan ibarət qrupdan olan rəssamlara aiddir.

səfir Mark Libby qeyd edib ki, İnanıram ki, incəsənət, mənim nümunəmdə olduğu kimi bizi bir yerə bağlamağa və insan yaşantısının universal mahiyyətini dərk etməyə kömək edir. Bu kolleksiyadakı hər bir əsər mənə Yeni İngiltərədəki uşaqlığımı və həyat yoldaşım və orda yaşıyan oğlumla bir gün qayıtmaq istəyimi xatırladır. Onlar həm də məni Azərbaycanın təbii gözəlliiyi və amerikalıların və azərbaycanlıların gələcək nəsilləri üçün təbiəti qorumaq üçün birgə işimizi nəzərdən keçirməyə sövq edir.

Səfir həmçinin yeni mədəniyyət işləri üzrə müşavir Rendi Kolu təqdim edib. “Rendi Azərbaycana ABŞ dakı xarici Xarici işlər nazirliyinə qoşulmazdan əvvəl humanitar və akademik sahədə təcrübə ilə gəlib O, xaricdə Afrika və Avropada, eləcə də Vaşinqtonda vətənində xidmət edib”.- deyə ABŞ səfiri bildirib.

“Randi və mən illər öncə Kiprdə birgə işləmişik və hər ikimizin Türk Kipr icmasına pozitiv müsbət münasibətimizi var”. -deyə səfir sonda qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !