Gəncə Dövlət Filarmoniyasında "Ruhun qidası" adlı konsert proqramı baş tutub
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Ruhun qidası" adlı konsert proqramı baş tutub.
Filarmoniyadan Sizinxeber.az-ya verilən xəbərə görə, konsertdə gənc kamança ifaçısı, Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva və gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Rzayeva tamaşaçılar qarşısında çıxış ediblər.
Gecədə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Cəngi, Şur muğamı, Sevda İbrahimovanın "Məhəbbət işığı" pyesi, Bethovenin sonatası, Bela Bartokun “6 Rumın rəqsi”, Tural Məmmədlinin "Tənha yolçu", Dadaş Dadaşovun "Mədinənin sehrli kamanı" əsərləri səsləndirilib.
Oxşar xəbərlər
Gəncə Filarmoniyasında "Ruhun qidası" adlı konsert olacaq
Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO
Gəncə Dövlət Filarmoniyasında Daniil Kirillov və Anna Rasinanın konsert proqramı baş tutub
Gəncə Filarmoniyasında Arif Məlikovun mahnılarından ibarət konsert olub
Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmovun mahnılarından ibarət konsert olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












