Gəncə Dövlət Filarmoniyasında Daniil Kirillov və Anna Rasinanın konsert proqramı baş tutub
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış pianoçu və Beynəlxalq müsabiqələr laureatları Daniil Kirillov və Anna Rasinanın təqdimatında "Universum" adlı konsert proqramı baş tutub.
APA-nın xəbərinə görə, ilk dəfə Gəncədə baş tutan konsertdə gənc musiqiçilər V.A.Motsartın"Sehirli fleyta" operasından uvertüra, fortepiano üçün sonata (4 əl), İ.S.Baxın iki xor prelüdü: "Jesus bleibet meine Freude" və "Shafe können, Sicher weiden", L.V.Bethovenin "Ich denke dein" mövzusunda 6 variasiya, P.Maskanyinin "Kənd namusu" operasından intermezzo, F.Mendelsonun "Bir yay gecəsi yuxusu"ndan skertso, S.Raxmaninovun 4 pyesini ifa ediblər.
Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Oxşar xəbərlər
Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO
Gəncə Filarmoniyasında Arif Məlikovun mahnılarından ibarət konsert olub
Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmovun mahnılarından ibarət konsert olacaq
Gəncə Filarmoniyasında "Ruhun qidası" adlı konsert olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
