Azərbaycanlı rejissor Hollivudda tammetrajlı bədii film çəkib
- 30-06-2025, 16:30
- Mədəniyyət / İncəsənət
- 0
- 5 855
Azərbaycanlı rejissor, Cənubi Kaliforniya Universitetinin (USC) Kino İncəsənəti fakültəsinin məzunu Rüstəm Vəkilovun mistik trilleri “Hell Hath No Fury”nin Los-Ancelesdə premyerası olub.
"Sizinxeber.az" xəbər verir ki, onun debüt işi olan filmi izləyicini ilk kadrdan son kadradək gərginlikdə saxlayan təsirli və fövqəltəbii triller kimi dəyərləndirilib.
Ekran işinin yaxın günlərdə ABŞ və Avropanın aparıcı kinoteatrlarında nümayişə çıxarılacağı gözlənilir.
Filmin ssenari müəllifi Dennis C. Uaylderdir. Onun hekayəsi insan emosiyalarının dərin qatlarını araşdırır və psixoloji dram elementlərini mistik trillerlə ustalıqla birləşdirir.
Ekran işinin süjeti psixiatr Eydan (rolunu Mayls Krouford ifa edir) ətrafında cərəyan edir. O, yeni doğulmuş körpəsini itirməyin acısı və dağılmaqda olan evliliyini xilas etməyə çalışır. Lakin bu çətin anlarda onun həyatında müəmmalı hadisələr baş verməyə başlayır: pasiyentlərindən biri amansızcasına qətlə yetirilir, klinikada isə sirli bir yeni işçi peyda olur. Eydan həm ailəsini, həm də bağlanmaq təhlükəsi ilə üzləşən psixiatrik klinikanı xilas etməlidir.
Bədii filmdə Bruk Batler, Şarlin Rədlin, Xayme Zevallos, Samba Şütte, Lorentso Antonuççi, Maykl Tayq kimi aktyorlar rol alıb.
Rüstəm Vəkilovun rejissorluğu ilə çəkilən “Hell Hath No Fury” real həyatla o biri dünyanın sərhədlərini silən gərgin və atmosferik bir filmə çevrilib. Rejissorun vizyonu Uaylderin ssenarisini intriqa və emosional dərinliklə zəngin bir ekran təcrübəsinə çevirir.
Filmin orijinal saundtraktı Mikayıl Vəkilova məxsusdur. Bəstəni “Bakı Payızı 2023” müsabiqəsinin finalçısı Nazilə Əliyeva ifa edib və o, Hollivud filmində saundtrakı səsləndirən ilk azərbaycanlı müğənni olub.


width="220" alt="“Aktyor” adlı bədii film çəkilib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />