Xalq artisti: “Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur”
- 13-03-2024, 14:57
- Mədəniyyət
- 0
- 4 245
“Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur”.
Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib.
Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:
“80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dram Teatrı onu qeyd etmədi, ümumiyyətlə, məni yada salmadı. Telefonla da təbrik etmədilər. Yəni, mənim o teatrda bir təbriklik dəyərim, zəhmətim olmayıb? Bu, məni narahat etdi. Belə olan halda onlara nə deyə bilərəm? Amma Teatr Xadimləri İttifaqı Teatr Günü münasibəti ilə məni mükafatlandırıb. Görünür, müəyyən məlumatlar onlara çatıb”.
Xalq artisti Mədəniyyət Nazirliyinin də ona qarşı laqeyd olduğunu qeyd edib:
“O boyda nazirlikdən bir adam zəng edib demədi ki, sən hardasan? Prezident təqaüdü də almıram. Dedim Adil Kərimli yeni gəlib, hamının sənətini qiymətləndirir, bəlkə o işıqdan bizə də düşər. Amma zəng də etmədilər. Görünür, məni aktyor kimi qəbul etmirlər. Dəfələrlə müraciət etmişəm. Amma bu günə kimi nazirlikdən mənim müraciətimə “baxılacaq, baxılacaq” deyib durdular. Hətta dedilər ki, yeni nazir gəlib, hamı ilə maraqlanır. Mən Adil Kərimliyə də müraciət etdim. Amma bu günə kimi nazirlikdən mənim müraciətimə cavab verilməyib”.
Qeyd edək ki, bu yaxınlarda Sumqayıt Dövlət Dram Teatrının sabiq aktyoru, Xalq artisti Məzahir Süleymanovun 80 yaşı tamam olub.


width="220" alt="Xalq artisti Ramiz Məlik vəfat etdi" />
width="220" alt="“Ramiz Məlikə zəng vurub, səhhətini soruşmaq istəyirdim”" />
width="220" alt="Xalq artisti: “Bina tikiləndən sonra çoxlu nazir dəyişib, kimi günahlandıra bilərəm?”" />
width="220" alt="Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn olunacaq" />
width="220" alt="Elza Seyidcahan Flora Kərimovadan üzr istədi - VİDEO" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />