Xalq artisti Ramiz Məlik vəfat etdi
sizinxeber.az xəbər saytı

Xalq artisti Ramiz Məlik vəfat etdi


Xalq artisti, tanınmış aktyor Ramiz Məlik vəfat edib.

Onun ölümü ilə bağlı yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Bildirilib ki, Xalq artisti səhər saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin “Yastı təpə” (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın “Yad adam” (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının “Şərqin şəhəri” (Bəhruz), Əlibala Hacızadənin “İnanmırsansa…”(Adil) , Nəriman Həsənzadənin “Kimin sualı var?” (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

Oxşar xəbərlər

Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramiz Məlikin qızı: “Bir ara sağalmışdı” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ramiz Məlikə zəng vurub, səhhətini soruşmaq istəyirdim” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalq artisti Ramiz Məlikin dəfn olunacağı yer açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramiz Məlikin bacısı: “Son üç ay ərzində vəziyyəti çox pis oldu” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər