COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
sizinxeber.az xəbər saytı

COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb


Xarici işlər nazirinin müavini, COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyev və COP29-un Danışıq Qrupu Bakıda iqlim dəyişikliyi gündəliyi ətrafında fikir mübadiləsi aparmaq üçün Baham adaları, Tonqa və Tuvaludan olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

“Aparıcı müzakirəçi Yalçın Rəfiyev və COP29 Danışıq Qrupu Bakıda iqlim dəyişikliyi gündəliyi və prioritetləri müzakirə etmək üçün Baham adaları, Tonqa və Tuvaludan olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb”, – paylaşımda diqqətə çatdırılıb.

Qeyd olunub ki, görüşdə “İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (İKAD) iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı xüsusilə həssas olduğuna” diqqət çəkilib.

Vurğulanıb ki, COP29-un Danışıq Qrupu Bakıda keçiriləcək tədbirədək “İKAD ilə əlaqə saxlamağa davam edəcək”.

Oxşar xəbərlər

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb
Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb
FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək”
Nazir Almaniyanın xarici işlər nazirinin müavini ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər