Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarını multimodal rəqəmsal platformaya inteqrasiya edib
Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu sistemləri Orta Dəhliz ölkələri üçün Rəqəmsal Ticarət Dəhlizi olan multimodal rəqəmsal platformaya inteqrasiya edilib.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
O qeyd edib ki, bu istiqamətdə Türkiyə və Avropanın dəmir yolu administrasiyası ilə danışıqlar aparılır: "Platformanı Sinqapurun "PSA" şirkəti hazırlayıb. Platforma dəhliz boyunca yükləri izləməyə imkan verir".
Nazir müavini vurğulayıb ki, bu il Aktau, Kurık və Bakı limanlarının terminal əməliyyat sistemi ilə məlumat mübadiləsini təmin etmək üçün iş aparılması planlaşdırılır. O, qeyd edib ki, Qazaxıstan 42 ölkə ilə avtomobil yolu ilə yük daşımaları üçün icazə blanklarının mübadiləsi sistemini tətbiq edib: "Həmçinin Özbəkistanla elektron icazə blanklarının mübadiləsi üzrə pilot layihəyə start vermişik. Bu ilin sonuna qədər Qazaxıstan və Çin arasında daşımaların elektron icazə blanklarına inteqrasiyasını başa çatdıracağıq ki, bu da bütün icazələrin 60 %-ni rəqəmsal formata keçirməyə imkan verəcək".
Oxşar xəbərlər
Qazaxıstan Çinlə Orta Dəhlizdə konteyner qatarlarının sayını ildə 600 ədədə çatdırmağı razılaşdırıb
Qazaxıstan hökuməti: Cənub-Şərqi Asiya, Fars körfəzi və Avropa ölkələri TBNM-in inkişafında maraqlıdır
Orta Dəhlizin inkişafı çərçivəsində Kurık limanında dibdərinləşdirmə işlərinə başlanılıb
COP29-da Orta Dəhlizin "yaşıllaşdırılması" təşəbbüsü təqdim ediləcək
Qazaxıstan Aktau və Kurık limanları ilə yükdaşımanın həcminə dair proqnoz açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












