Qazaxıstan Çinlə Orta Dəhlizdə konteyner qatarlarının sayını ildə 600 ədədə çatdırmağı razılaşdırıb
Qazaxıstan Çinlə Orta Dəhliz üzərindən göndərilən konteyner qatarlarının sayını ildə 600 ədədə çatdırmaq barədə razılıq əldə edib.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
"Biz əlavə yüklər cəlb edirik. Bu il Çin-Avropa-Çin marşrutları üzrə 27,6 min TEU konteyner daşınıb ki, bu 25 dəfə artım deməkdir", - deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, bu kontekstdə 16 noyabr 2023-cü il tarixində Qazaxıstan, Azərbaycan və Gürcüstan Dəmir Yolu Administrasiyaları paritet əsaslarla "Middle Corridor Multimodal Limited" birgə müəssisəsini yaradıb: "Marşrutun mürəkkəbliyi onun multimodallığında və çoxsaylı sərhəd keçid məntəqələrindədir. Nəticədə Çindən Avropaya konteynerlə birbaşa daşımaların logistik prosesinin rəqəmsallaşdırılması vəzifəsi qarşıya qoyulub".
Oxşar xəbərlər
Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan və Çin 2030-cu ilədək Orta Dəhlizlə yükdaşımaların proqnozlaşdırılan həcmini razılaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rövşən Rüstəmov: "Çin Orta Dəhliz ilə ildə 1 000 konteyner blok qatarı göndərəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin əvvəlindən Çin Orta Dəhlizlə Avropaya 200 konteyner qatar göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin sonuna qədər Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













