İqlim dəyişikliyi Qırğızıstanın təbii sərvətlərinə, turizminə mənfi təsir göstərir
sizinxeber.az xəbər saytı

İqlim dəyişikliyi Qırğızıstanın təbii sərvətlərinə, turizminə mənfi təsir göstərir


Qırğızıstan iqlim dəyişikliyinin ciddi nəticələrini yaşayır.

Bu barədə "Sizinxeber.az"a müsahibəsində Qırğızıstanda Turizmin İnkişafına Dəstək Fondunun sədri Kılıçbek Rısaliyev bildirib.

Onun sözlərinə görə, bu, təkcə su ehtiyatlarına deyil, faunaya, kənd təsərrüfatı torpaqlarına, regionun ümumi ekoloji balansına, eləcə də, turizmə mənfi təsir göstərir.

"Xüsusilə, ölkəmizin təbii görməli yeri və turistlər üçün cəlbedici olan İssık-Göldə su səviyyəsinin azalması müşahidə olunur", - deyə Rısaliyev bildirib.

Onun sözlərinə görə, İssık-Göldə su səviyyəsinin azalması dağlardan gölə axan suyun kənd təsərrüfatı suvarmasında istifadəsi ilə bağlıdır. Bu problemi həll etmək üçün ölkə aktiv şəkildə damcı suvarma sisteminə keçir. Eyni zamanda buzlaqların əriməsi ciddi təhlükə olaraq qalır. Son onilliklərdə Qırğızıstan buzlaqlarının təxminən 15%-ni itirib.

Rısaliyev həmçinin qeyd edib ki, iqlim dəyişikliyi Qırğızıstanın həyatının bütün sahələrinə təsir göstərir: "Buna görə də təbii sərvətlərin qorunması üçün göstərilən səylər Qırğızıstanda davamlı turizmin inkişafı üçün prioritetdir".

Oxşar xəbərlər

Nazir: "İqlim dəyişikliyinin aqrar sahəyə ciddi mənfi təsiri müşahidə olunur"
Azərbaycanda kənd təsərrüfatına ciddi zərər vuran isti və quru küləklərin sayı 14 dəfə artıb
Azərbaycanda su ehtiyatları niyə azalır? - AÇIQLAMA
Elnur Əliyev: "Azərbaycanda iqlim dəyişikliyi ən birinci kənd təsərrüfatına təsir edir"
Pakistanlı iqtisadçı: “İqlim dəyişikliyinin fəsadları ölkə iqtisadiyyatına birbaşa təsir göstərir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle