Elnur Əliyev: "Azərbaycanda iqlim dəyişikliyi ən birinci kənd təsərrüfatına təsir edir"
Azərbaycanda iqlim dəyişikliyi ən birinci kənd təsərrüfatına təsir edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə deyib.
O bildirib ki, ötən il ölkədə quraqlıqlar müşahidə edilib, bu da kənd təsərrüfatı üçün maneələr yaradır:
"Biz istəyirik elə məhsullar yetişdirək ki, quraq landşafta qarşı belə davamlı olsun. İqlim dəyişikliyi fonunda regionda da quraqlıqlar müşahidə olunur. Ölkədə su qıtlığı ilə üzləşməkdəyik. Bu o deməkdir ki, biz insanları bu sahədə maarifləndirməliyik".
Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyi turizmə də təsir edir:
"Həmçinin infrastruktur cəhətdən də təsirlər var. Xəzər dənizində su səviyyəsinin azalması bizim üçün narahatlıqlar yaradır. Bu o deməkdir ki, biz infrastruktura da maliyyə ayırmalıyıq".
E.Əliyev son illərdə dövlət xərclərinin səhiyyə sahəsində də artdığını diqqətə çatdırıb: “Artıq ürək xəstəlikləri ilə yanaşı, iqlim dəyişkənliyi səbəbindən digər müxtəlif xəstəliklər də geniş vüsət alıb. Bir sözlə, iqlim dəyişikliyi bütün sahələrə birbaşa və ya dolayı təsirlər yaradır”.
Oxşar xəbərlər
Nazir: İqlim dəyişikliyi Türkiyəyə çox təsir göstərir
Nazir: "İqlim dəyişikliyinin aqrar sahəyə ciddi mənfi təsiri müşahidə olunur"
Nazir müavini: İqlim dəyişikliyi dünyada yeni vəziyyət yaradıb
Bakıda keçirilən regional iqlim seminarı başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
