Pakistanlı iqtisadçı: “İqlim dəyişikliyinin fəsadları ölkə iqtisadiyyatına birbaşa təsir göstərir”
İqlim dəyişikliyinin fəsadları Pakistan iqtisadiyyatına birbaşa təsir göstərir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Pakistanın Planlaşdırma, İnkişaf və Xüsusi Təşəbbüslər Nazirliyinin baş iqtisadçısı Zafar Ul Hassan Bakıda keçirilən "Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər" mövzusunda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu"nda bildirib.
Onun sözlərinə görə, Pakistan iqtisadiyyatının ¼-i kənd təsərrüfatı sahəsinin payına düşür: “Buna görə də iqlim dəyişikliyinin fəsadları ölkə iqtisadiyyatına birbaşa təsir göstərir. Bundan başqa, iqlim dəyişikliyi nəticəsində Pakistanda təbii fəlakətlərin baş vermə tezliyi artıb. Bu, ölkənin çox həssas vəziyyətdə qalmasına səbəb olub”.
O qeyd edib ki, digər tərəfdən, Pakistanın ötən il qəbul etdiyi Milli Adaptasiya Planı "yaşıl iqtisadiyyat"la bağlı addımlar atmağa töhfə verir: “Amma Pakistan qalıq yanacaqlardan çox asılıdır və biz Qlobal İqlim Fondunun maliyyə vəsaitinı çıxış əldə etmək üçün çalışırıq".
Oxşar xəbərlər
UNFCCC: İqlim dəyişikliyinin fəsadları getdikcə daha çox investisiya tələb edir
İqtisadiyyat naziri: "Yaşıl iqtisadiyyat”ın inkişafı zəruri olub"
UNICEF rəsmisi: İqlim dəyişikliyinin uşaqlara təsiri böyükdür
Azərbaycan bank sisteminin iqlim dəyişikliyinə davamlılığını qiymətləndirəcək
Nazir: İqlim dəyişikliyi Türkiyəyə çox təsir göstərir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












