Danimarkalı nazir: COP29-da yeni maliyyə hədəfinə nail olmaq üçün əməkdaşlığa çağırırıq
sizinxeber.az xəbər saytı

Danimarkalı nazir: COP29-da yeni maliyyə hədəfinə nail olmaq üçün əməkdaşlığa çağırırıq


Danimarka dünya birliyini COP29-da yeni maliyyə hədəfinə nail olmaq üçün əməkdaşlığa çağırır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

O bildirib ki, Danimarka 2030-cu ilə qədər istixana qazı emissiyalarını 70 % azaltmaq üçün iddialı hədəf müəyyən edib.

L.Aaqaard, həmçinin iqlim maliyyəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Danimarka yeni maliyyə hədəfinə nail olmaqda liderlərdən biri olmağı öhdəsinə götürür və digər ölkələri əməkdaşlığa dəvət edir.

"Qlobal emissiyalar azalmalı və uyğunlaşma ilə bağıə səyləri sürətləndirilməlidir. Bu, quru və dəniz ekosistemlərimizin qorunması, həmçinin dayanıqlı gələcək üçün vacibdir", - nazir vurğulayıb.

Oxşar xəbərlər

Danimarkalı nazir: Kənd təsərrüfatı sektoru emissiyaların azaldılmasında məsuliyyətini dərk etməlidir
“Greenpeace”in nümayəndəsi: COP29-dan yeni iqlim maliyyəsi hədəfinə nail olmağı gözləyirik
Danimarka Ukraynaya energetika sisteminin bərpası üçün 16 milyon avro ayırıb
Samoanın ekologiya naziri: Ən həssas ölkələri nəzərə alan NCQG olmadan iqlim hədəflərinə nail olmaq mümkün deyil
Kolumbiya uğurlu iqlim keçidi üçün qlobal maliyyə sistemində islahatların aparılmasını tələb edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər