Üzvi tullantılardan metanın azaldılmasına dair COP29 Bəyannaməsinin əsas hədəfləri açıqlanıb
sizinxeber.az xəbər saytı

Üzvi tullantılardan metanın azaldılmasına dair COP29 Bəyannaməsinin əsas hədəfləri açıqlanıb


Üzvi tullantılardan metanın azaldılmasına dair COP29 Bəyannaməsində 5 mühüm məqam var.

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen COP29 çərçivəsində keçirilən "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması" mövzusunda tədbirdə deyib.

O bildirib ki, COP29 Bəyannaməsinə əsasən ilk olaraq Milli Töhfə Bəyannamələrində tullantıların optimallaşdırılması imkanları vurğulanmalıdır: "Növbəti məqam qaydaların və təşviqlərin gücləndirilməsi, Yaponiya nümunəsindən öyrəndiyimiz təşəbbüsləri, biznes səylərini və siyasət təşviqlərini əhatə edən ən yaxşı təcrübələri qəbul etməkdir. Üçüncü məqam tullantıların mənbəyi və onun necə idarə olunması haqqında məlumatların dərk edilməsidir. Nəzərə almaq lazımdır ki, məlumatlar ölkədən ölkəyə dəyişir. Dördüncü məqam xüsusilə bərk məişət tullantılarının idarə edilməsində maliyyələşdirməyə ehtiyacın olmasıdır. Sonuncu məqam isə əməkdaşlığı artıraraq təcrübə mübadiləsi aparmaqdır".

UNEP rəsmisi qeyd edib ki, üzvi tullantılardan metanın azaldılması ilə zibilliklərdə yaşayan icmaların sağlamlığını qorumaq, qrunt sularının təhlükəsizliyini təmin etmək, metan emissiyalarını azaltmaq və bu tullantılardan enerji istehsal etmək potensialını reallaşdırmaq olar.

Oxşar xəbərlər

UNEP rəsmisi: "2050-ci ilə qədər bərk məişət tullantıları 85 % artacaq"
Rik Dyuk: "Tullantı sektorunda investisiyaların metan azaldılmasına dair faydalarını maksimuma çatdırdığından əmin olmalıyıq"
Abdulla Balalaa: "ROW bəyannaməsi 1,5 dərəcə hədəfinə çatmaq üçün çox vacibdir"
Muxtar Babayev: Metan emissiyalarının 20 %-i tullantı sektorunun payına düşür
Benedikt Lagman: "Üzvi tullantıların 70 %-nin təkrar emalı üzrə öhdəlik götürülməlidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle