PAİ-nin Baş katibi: COP29-un sonunda ədalətli və bərabər iqlim fəaliyyətini təşviq edən qərar qəbul olunmalıdır
Parlament Görüşündə müzakirələr zamanı təcili hərəkətə keçməyin vacibliyi vurğulanıb.
Bunu "Sizinxeber.az"a açıqlamasında Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq deyib.
O qeyd edib ki, COP29-un sonunda üzv dövlətlərdən iqlim dəyişikliyi böhranının qarşısını almaq üçün təcili tədbirlər görülməsi barədə qətnaməyə ümid edir:
"Müzakirələrin sonunda ədalətli və bərabər iqlim fəaliyyətini təşviq edən qətiyyətli qərarın qəbul olunmasını görmək istəyirik. Biz istəmirik ki, iqlim fəaliyyəti cəmiyyətin bəzi təbəqələrinə ziyan vursun. İqlim dəyişikliyi ilə mübarizə yolunda irəlilədikcə cəmiyyətdəki bütün insanların və icmaların maraqlarının nəzərə alınmasını təmin etmək üçün birlikdə çalışmaq istəyirik".
Baş katib vurğulayıb ki, iqlim fəaliyyətinə sərf olunan resursları artırmaq lazımdır:
"İqlim fəaliyyəti üçün maliyyələşməni artırmaq lazımdır. Düşünürəm ki, bu məsələdə həmrəylik çox vacibdir. Bu COP-un şüarı da "yaşıl dünya" ilə həmrəylikdir".
Oxşar xəbərlər
PAİ-nin Baş katibi: Parlament Görüşündə qəbul edilən yekun sənəd yol xəritəsi olacaq
Stefan Dujarrik: BMT Baş katibi Azərbaycandan iqlim dəyişikliyi ilə mübarizəmizdə irəliləyiş gözləyir
Muxtar Babayev BMT Baş katibi ilə COP29-un iqlim prioritetlərini müzakirə edib
Böyük Britaniyanın keçmiş baş naziri iqlim dəyişikliyi ilə birgə mübarizəyə çağırıb
Tailand COP29-da ədalətli enerji keçidini, İtki və Zərər Fondunun fəaliyyətini dəstəkləyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













