Leyla Əliyeva "Euronews" telekanalına müsahibə verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
dek
2025
22:32
0
0
14 241
ff aaaaaaa

Leyla Əliyeva "Euronews" telekanalına müsahibə verib

26 dek, 2025
22:32
14 241

Leyla Əliyeva "Euronews" telekanalına müsahibə verib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Euronews" telekanalına müsahibə verib.

Sizinxeber.Az xəbər verir ki, müsahibədə Azərbaycanın biomüxtəlifliyin itirilməsinə və ekoloji təzyiqlərə cavab olaraq, mühafizə olunan əraziləri genişləndirdiyi və gələcək nəsillər üçün təbiəti qorumaq məqsədilə dəniz mühitinə yönələn təhdidlərə qarşı mübarizə apardığı vurğulanır.

Qeyd edilir ki, IDEA İctimai Birliyi Azərbaycanın ekoloji tədbirlərində getdikcə daha mühüm rol oynayır. Təşkilat milli təsisatlarla birgə həm quruda, həm də Xəzər dənizində biomüxtəlifliyin qorunması istiqamətində fəaliyyət göstərir.

"Mühafizə tədbirlərinə qorunan ərazilərin genişləndirilməsi, Qafqaz zubru kimi nəsli kəsilmək təhlükəsi altında olan növlərin bərpası və Xəzər sahilləri boyunca çirklənməyə qarşı mübarizə daxildir", - deyə materialda bildirilir.

Qeyd olunur ki, ekoloji təzyiqlərin artdığı bir şəraitdə mütəxəssislər müzakirələrdən real və konkret addımlara keçidin vacibliyini vurğulayırlar:

"Vəhşi təbiətin qorunmasından dəniz mühitinin mühafizəsinə qədər təşəbbüslər getdikcə daha çox dayanıqlılığa, əməkdaşlığa və ekosistemləri və təbii ehtiyatları gələcək nəsillər üçün qorumağa yönəlmiş uzunmüddətli həllərə cəmlənir".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul