Metronun "Ulduz" stansiyasının yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq?
Bakının Nərimanov rayonu, Rövşən Əliyev küçəsində yol bir neçə müddətdir bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, ərazidə təmir işləri aparılsa da, nə vətəndaşların rahat hərəkəti təmin edilib, nə də proses yekunlaşır.
Sizinxeber.Az Xəzər TV-yə istinadən xəbər verir ki, metronun "Ulduz" stansiyasının yaxınlığında aparılan işlər avtomobillərin də hərəkətinə mane olur.
Həmçinin Rövşən Əliyev küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən yolun qarşısında qazılan quyu həmin yolu avtomobillər üçün tam bağlayıb.
Qeyd olunub ki, kommunal xətlərin yenilənməsi ilə əlaqədar qazıntı işləri 3 aydır davam edir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, qeydolunan ünvanda yol infrastrukturunun yenilənməsi işləri həyata keçirilir. Bu səbəblə bütün kommunikasiya xətləri, həmçinin su və tullantı su xətləri də yenilənir.
Sakinlərin sözlərinə görə, yolun bərpası işlərinə isə avqust ayından başlanılıb. Bəs sözügedən layihə nə vaxt yekunlaşacaq?
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun tənzimlənməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi sürətlə davam etdirilir. Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və hazırda inşası davam etdirilir. Layihənin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
NİİM Bakıda təmir işləri aparılan yolları açıqlayıb
Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır
İlham Əliyev Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısında yaradılan şəraitlə tanış olub
Bakının Binə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq
Bu gün Buzovna, Binə və Xırdalanda 6 saat işıq olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? - Hüquq müdafiəçisindən açıqlama
-
"YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı
-
Emin Ağalarov Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib
-
“Sehrli Yeni İl” nağıl tamaşası səhnədə!












