PAİ-nin Baş katibi: Parlament Görüşündə qəbul edilən yekun sənəd yol xəritəsi olacaq
sizinxeber.az xəbər saytı

PAİ-nin Baş katibi: Parlament Görüşündə qəbul edilən yekun sənəd yol xəritəsi olacaq


Parlament Görüşündə qəbul edilən yekun sənəd parlament üzvləri üçün yol xəritəsi olacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq COP29 çərçivəsində iki gün davam edən Parlament Görüşünün yekununda deyib.

O, bu görüşü tarixi yığıncaq adlandırıb.

İttifaq rəsmisi iclasa görə Azərbaycan Mili Məclisinə təşəkkür edərək qəbul olunan yekun sənədin mühüm töhfələr verəcəyini bildirib:

"Sənəd çox konsultativ məşvərət prosesinin məhsuludur. Çalışdıq ki, parlament üzvlərinin ümumi rəyini alaq. Bu sənəd parlament üzvləri üçün yol xəritəsidir, birliyi və həmrəyliyi təşviq edir. İclasa 300-dən çox iştirakçı qatılıb. Biz başa düşməliyik ki, iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görməliyik".

M.Çunqonq vurğulayıb ki, Parlament Görüşü artıq COP müzakirələrinin mərkəzində dayanır.

Oxşar xəbərlər

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir
Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşündə yekun sənəd qəbul olunub - YENİLƏNİB
COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub
COP29 çərçivəsində keçiriləcək parlament iclasının yekun sənəd layihəsi müzakirə olunub
Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər