Sizinxeber.az » Cəmiyyət » Azərbaycanda internet yenə bahalaşacaq - Yeni qiymət...

Azərbaycanda internet yenə bahalaşacaq - Yeni qiymət...

Artan inflyasiya, yüksələn xidmət və logistika xərcləri fonunda internet tariflərinin gələn il bahalaşıb-bahalaşmayacağı cəmiyyətdə maraq doğurur. Qonşu ölkələrdə artıq müşahidə olunan qiymət artımları Azərbaycanda da oxşar addımların atıla biləcəyi ehtimalını gücləndirir. Bəs 2026-cı ildə internet tariflərinin artırılması gündəmə gələ bilərmi?

Sizinxəbər.az Konkret.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc internet tariflərinin bahalaşmasının təkcə Azərbaycanla bağlı məsələ olmadığını bildirib.

Onun sözlərinə görə, dünyada baş verən qlobal maliyyə prosesləri və inflyasiya bütün sahələrdə xərclərin artmasına səbəb olur:

“Zaman keçdikcə məhsulların, xidmətlərin, logistika xərclərinin, eləcə də işçilərin əməkhaqlarının artması operatorların ümumi xərclərinə təsir göstərir. Bu da tariflərin yüksəlməsi ilə nəticələnir”.

V.Oruc qeyd edib ki, 2025-ci ildə bir sıra qonşu ölkələrdə internet tariflərində 10–40 faiz aralığında artımlar qeydə alınıb:

“Ən ciddi artım qardaş Türkiyədə müşahidə olunub. Son iki ildə bu ölkədə internet tarifləri təqribən 40 faiz bahalaşıb. Rusiya, Ermənistan və Gürcüstanda isə qiymət artımı 10–20 faiz civarında olub. Bu proses təbii hesab edilir”.

Ekspertin sözlərinə görə, əvvəlki illərdə də bəzi provayderlər qiymət artımına gediblər:

“İnternet paketləri 18 manatdan 25 manata, 25 manatdan isə 30 manata qaldırılıb ki, bu da 30–40 faizlik artım deməkdir”.

Vüqar Oruc 2026-cı ildə də internet tariflərində artım ehtimalının olduğunu bildirib. Onun fikrincə, ötən il ciddi bahalaşma baş verdiyi üçün növbəti ildə kəskin artım gözlənilmir:

“Ehtimal edirəm ki, artım təqribən 20 faiz civarında ola bilər. Məsələn, 25 manatlıq paketlərin 30 manata, 30 manatlıq paketlərin isə 35 manata yüksəldilməsi mümkündür”.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !