"Magistraturanı bitirənlər daha yüksək maaş almalıdır"
Artıq 2025-ci ilin yekunlaşmasına sayılı günlər qalıb. Milli Məclisin hansı komitəsinin neçə qanunvericilik təşəbbüsü ilə çıxış etməsi, nə qədər qanun layihəsi irəli sürməsi, aktivliyi diqqətçəkən məsələdir. Bu il elm və təhsillə bağlı məsələlər cəmiyyətin diqqətində olub. Məsələn əsas müzakirə mövzularından biri də bakalavr və magistratura təhsil pillələri ilə bağlıdır. Xüsusilə də, bakalavr təhsilinin natamam ali təhsil sayılması cəmiyyətdə tərəfindən müzakirə olunan məsələdir.
Modern.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bildirib ki, Elm və təhsil komitəsi cari ildə çox aktiv fəaliyyət göstərib:
“Universitetlərlə çoxlu görüşlər, ictimai dinləmələr, bir neçə qanuna dəyişiklik və əlavələr olub. Xüsusilə də, “Peşə təhsili haqqında qanun”a dəyişikliyi qeyd etmək istərdim. Qarabağda azad olunmuş ərazilərdə peşə təhsilini təşviq etmək üçün dövlət hesabına təhsil imkanları genişləndirilib. Digər prosedurlarda, o cümlədən müəllimlərin işə qəbulu ilə bağlı məsələyə dəyişikliklər edilib. Ümumiyyətlə, 2025-ci il Elm və təhsil komitəsi üçün məhsuldar il olub. Komitəmizdə çoxlu ideyalar mövcuddur. İctimai dinləmələrdən irəli gələn bir neçə təşəbbüslər var. Yəqin ki, növbəti illərdə onlar müzakirəyə qoyulacaq. Gələn il yenidən “Ali təhsil haqqında” qanuna baxılması bəzi ictimai dairələr tərəfindən təklif olunur”.
Deputat hesab edir ki, xüsusilə də, magistiratura və bakalavr pillələrində təhsil məsələlərinə yenidən baxılmasına ehtiyac var:
“Qonşu Gürcüstanda 3 illik bakalavr tətbiq olunur. Dünyada dəyişikliklər mövcuddur. Texnologiyalar və bazar dəyişilir. Ona görə də biz bu duruma uyğunlaşmalıyıq. Daha çevik proqramlar, bazara uyğun ixtisaslar, universitetlərə daha çox muxtariyyət verilməsini təşviq etməliyik. Yəqin ki, gələn il bu məsələlərə qanunvericilik səviyyəsində baxılacaq”.
Komitə sədrinin müavini söyləyib ki, bakalavr və magistratura təhsili ilə bağlı yanaşma dünya ölkələrinin əksəriyyətində eynidir:
“Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycnada da magistraturanı bitirib çalışanlar təbii ki, daha yüksək maaş almalıdır. Lakin bəzər elə hallar olur ki, İT mütəxəsisiləri və digər bəzi sahələr üzrə bakalavr təhsili almış şəxslər daha çox maaş alırlar. Bakalavr təhsilinin natamam ali təhsil sayılması məsələsinə gəldikdə, bu da normal haldır”.
Oxşar xəbərlər
Prezident təsdiqlədi: onların təhsil haqqını dövlət ödəyəcək
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Azad olunmuş ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək
Qazilər universitetlərə güzəştlərlə qəbul olunsun - Deputatdan TƏKLİF
Milli Məclisdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsi təklif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir











