Sizinxeber.az » DÜNYA » Tramp-Zelenski görüşündən sonra liderlərdən AÇIQLAMALAR

Tramp-Zelenski görüşündən sonra liderlərdən AÇIQLAMALAR

  • 29-12-2025, 04:05
  • DÜNYA
  • 0
  • 8 370

ABŞ Prezidenti Donald Tramp tərəflərin Ukraynada nizamlanmaya yaxınlaşdığına əminliyini ifadə edib.

Oxu.Az xəbər verir ki, o bu fikirləri ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı səsləndirib.

Zelenski ilə görüşündən sonra Tramp Ukraynadakı münaqişənin həllində əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.

"Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı demək olar ki, ortaq bir anlayışa gəlmişik. Donbas məsələsi həll edilməyib. Bu, çox çətin məsələdir, amma biz onun da həllinə yaxınıq. Ukrayna üçün indi razılaşmaq yaxşıdır, sonra daha çox ərazi itirəcəklər. Ukrayna ərazi məsələlərini ya referendum yolu ilə həll etməli və ya parlamentdə təsdiqləməli olacaq, lakin əhali açıq şəkildə döyüşlərin dayandırılmasını dəstəkləyir. Yaxın həftələrdə biz yekun anlaşma üçün bir araya gələcəyik", - deyə ABŞ lideri qeyd edib.

Zelenski isə öz növbəsində qeyd edib ki, 20 maddəlik sülh planı 90%, təhlükəsizlik zəmanətləri 100% razılaşdırılıb.

"Bizim mövqeyimizi bilirsiniz. Biz konstitusiyaya və ölkənin bütövlüyünə hörmət etməliyik. Trampın dediyi kimi, bu, mürəkkəb bir məsələdir. Rusiya ilə fərqli fikirlərimiz var. Referendumdan danışarkən, bu, əsas məqamlardan biridir. Referendum ola bilər və ya olmaya da bilər", - deyə o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !