“Sehrli Yeni İl” nağıl tamaşası səhnədə!
Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün hazırlanan “Sehrli Yeni il” nağıl tamaşasının premyerası keçirilib.
Bayram əhvali-ruhiyyəsini əks etdirən səhnə əsəri maraqlı süjeti və canlı obrazları ilə balaca tamaşaçıların marağına səbəb olub. Səhnədə yaradılan nağıl dünyası, musiqi tərtibatı və aktyor oyunu onlara xoş ovqat yaşadıb.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur. Quruluşçu rəssam Fuad Babazadə, rəssam Sevən Həsənli, musiqi tərtibatçısı Vüqar Fərəcovdur.
İki heyətlə hazırlanan tamaşada Şaxta Babanı Allahverən Babayev və Elçin Hacıyev, Qar Qızı Günel Bağırova və Aysel Babazadə oynayırlar. Böyük cırtdan rollarında Teymur Hacızadə və Emil Rzayev, Ortancıl cırtdan obrazında Elvin Məmmədov və Saleh Əzimzadə, Balaca cırtdan rolunda isə Cəfər Səlimov çıxış edir. Yaşlı Befyan obrazını Təranə Fərəcova və Məleykə Cəfərova, Sarı Befyan rolunu Nuranə Nəcəfova və Gülər Kərimova, Qara Befyan obrazını isə Şəbnəm Hüseynova və Ayşən Əsədova ifa edirlər. Əjdaha rolunda Rauf Zeynalov, Karlson obrazında isə Elçin Hacıyev səhnəyə çıxır.
“Sehrli Yeni il” nağıl tamaşası bayram günlərində də nümayiş etdiriləcək.




Oxşar xəbərlər
Lənkəran Dövlət Dram Teatrında 20 Yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyanın məşqləri davam etdirilir.
Şuşa Teatrı yeni mövsümü “Molla Nəsrəddini tapın” tamaşasının premyerası ilə açacaq
Lənkəran Teatrında "Qış nağılı"nın premyerası oldu
Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası keçirilib
Gənc Tamaşaçılar Teatrında “Solğun çiçəklər” tamaşasının premyerası olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












