Stefan Dujarrik: BMT Baş katibi Azərbaycandan iqlim dəyişikliyi ilə mübarizəmizdə irəliləyiş gözləyir
"Şübhə etmirik ki, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi dövründə hazırlıqlar yaxşı gedir və bu maksimum diqqət mərkəzindədir".
Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik "Report"un ABŞ bürosunun sualını cavablayarkən deyib.
Sözçü bildirib ki, BMT Baş katibi Antoniu Quterreş COP29-a ev sahibliyi edən Azərbaycandan gözləntiləri beynəlxalq təşkilatın iqlim dəyişikliyi ilə mübarizəsində real və konkret irəliləyiş görməkdir.
S.Dujarrik əlavə edib ki, BMT Baş katibi qlobal istiləşəmə və iqlim dəyişkənliyi ilə bağlı narahatlığı davam edir və bunun qarşısının alınması üçün bir çox cəbhədə irəliləyiş görmək istəyir: "Baş katibin ötən cümə iqlim dəyişkənliyi ilə bağlı mesajları çox aydın, sadə və çox dramatik idi və bu, təkcə üzv dövlətlərin hərəkətə keçməsi məsələsi deyil. Söhbət qalıq yanacaq sənayesi məsələsidir, bu iqlim dəyişikliyi vəziyyətini, içində olduğumuz dəhşətli vəziyyəti yaratmaqda məsuliyyətlərini nəzərə almasıdır. Buna görə də biz bunun qarşısının alınması üçün başqa məsələlərlə yanaşı bir çox cəbhədə, o cümlədən itki və zərər baxımından irəliləyiş görmək istəyirik".
Oxşar xəbərlər
Stefan Dujarrik BMT Baş katibinin Qarabağı ziyarət edib-etməyəcəyi barədə sualı cavablandırıb
Fransanın sabiq dövlət katibi: "İstixana qazlarının azaldılması məsələsi Bakıda keçiriləcək COP29-da həllini tapa bilər"
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ
Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb
Dövlət katibi: Britaniya COP29-un uğurla keçməsi üçün Azərbaycana hər bir dəstəyi verməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













