IRENA: Dünya ölkələri 2035-ci ilə qədər karbon emissiyalarını 65 % azaltmalıdır
sizinxeber.az xəbər saytı

IRENA: Dünya ölkələri 2035-ci ilə qədər karbon emissiyalarını 65 % azaltmalıdır


Dünya ölkələri 2035-ci ilə qədər karbon emissiyalarını 65 % azaltmalıdır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Camera BMT-nin İqlim Dəyişikliyi məsələləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bərpa olunan enerji mənbələrinin gələcəyi onun rəqabətqabiliyyətliyi ilə bağlıdır: "Odur ki, biz bu istiqamətdə xərcləri nəzərə almalıyıq. Keçən il quraşdırılmış enerji gücünün 87 %-i bərpa olunan enerjinin payına düşüb. Bu göstərici 473 giqavat idi. Əgər bir ölkə 2050-ci ilə qədər bərpa olunan enerji gücünü üç dəfə artırmaq öhdəliyi götürərsə, bu o deməkdir ki, dövlətlər 2050-ci ildə ümumi enerji istehlakının 2 %-nə malik olacaqlar. Biz, 2035-ci ilə qədər karbon emissiyalarını 65 % azaltmalıyıq. Bunun üçün bu zaman çərçivəsində nəticə verə bilən texnologiyaya üstünlük verməliyik".

Oxşar xəbərlər

IRENA: Bərpa olunan enerji mənbələri üzrə bir-biri ilə əlaqəli şəbəkələr lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya 2035-ci ildən sonra bərpa olunan enerjiyə dəstəyi dayandırmağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
IRENA-nın baş direktoru: "İqlim məqsədlərinə nail olmaq üçün enerji keçidi sürətləndirilməlidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrlandiyalı nazir: "Azərbaycan bərpa olunan olunan enerjinin ixracını balanslaşdıra bilir" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər