Yalçın Rəfiyev: "Bank sektoru ədalətli enerji keçidinə dəstəyi gücləndirib"
Azərbaycanın bank sektoru “yaşıl layihə”lərə investisiyaları artıraraq ədalətli enerji keçidinə dəstəyini gücləndirib.
“Sizinxeber.az” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib.
"Azərbaycan bankları "yaşıl və dayanıqlı layihə"lər üçün 1,2 milyard ABŞ dolları (2 milyard manat) ayırıb. Azərbaycan Mərkəzi Bankı öz növbəsində davamlı investisiyalar üçün yeni "yaşıl taksonomiya" tətbiq edib", - deyə o qeyd edib.
Y.Rəfiyev iqlim dəyişikliyinə dayanıqlığın artırılması üçün iqlim maliyyələşməsinə sadiqliyinə görə Kanadaya təşəkkürünü bildirib: "Kanada hökuməti ən az inkişaf etmiş ölkələrə xüsusi diqqət yetirilməklə adaptasiyanı dəstəkləmək üçün iqlim platformasına 1,5 milyard ABŞ dolları ayıracağını elan edib. 9 Kanada fondu və xeyriyyə təşkilatı növbəti onillikdə iqlim layihələrinə 290 milyon ABŞ dolları ayırmaq üçün birləşib".
Baş danışıqçı vurğulayıb ki, COP29 sədrliyi qlobal müvəqqəti tədbirlərin həyata keçirilməsində irəliləyişə nail olmaq məqsədilə bütün maraqlı tərəfləri bir araya gətirmək üçün çalışıb.
"Prezident İlham Əliyevin COP29-da giriş nitqində dediyi kimi, nəticələrin yumşaldılması prioritetdir. Lakin çox vaxt davamlı həllər onlara ehtiyacı olan ölkələr üçün əlçatan olmur", - o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanın bank sektoru yaşıl və davamlı layihələr üçün 1,2 mlrd. dollar ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Banklar Assosiasiyası yaşıl və davamlı layihələr üçün 1,2 milyard dollar ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: Bakı Qlobal İqlim Şəffaflığı Platformasını açmaqdan çox məmnunuq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: Biz tərəfləri COP29-da iqlim şəffaflığı üzrə yekun saziş imzalamağa çağırırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












