Ravi Menon: Qabaqcıl iqtisadiyyatların necə öhdəliklər götürdüyünü müzakirə etməliyik
COP29-da əsas müzakirə mövzusu maliyyədir. Xüsusən, Yeni Kollektiv Kəmiyyətli Məqsədi (NCQG) ilə bağlı geniş müzakirələr var.
Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda deyib.
“Bizim aparmalı olduğumuz və COP olaraq aparacağımız daha vacib müzakirə, qabaqcıl iqtisadiyyatların necə öhdəliklər götürdüyüdür. Şəxsi kapitaldan istifadə edə bilərikmi? Məsələ bunun 100, 200 və ya 300 milyon dollar olması deyil. Biz buna kifayət qədər diqqət yetirmirik. Əlavə nə qədər özəl kapital cəlb etmək olar və kapitalı buna nail ola biləcək şəkildə necə dizayn etmək olar? Düşünürəm ki, bu, bizim etməli olduğumuz kritik düşüncədir. İkinci məsələ - bu pullar hara gedir? Keçid fəaliyyətlərini mümkün etmək üçün bizə qarışıq maliyyə lazımdır. Bəs yaşıl infrastruktura necə investisiya etmək olar? Beləliklə, bunlar daha vacib müzakirələrdir: Pul hara gedir və özəl kapitaldan nə qədər tələb olunur?”
Oxşar xəbərlər
Qlobal səfir: İqlim dəyişikliyinin təsirlərinə qarşı QHT-lər bir araya gəlməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: COP-29-un əsas müzakirə mövzusu maliyyədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Acwa Power”: Pensiya fondlarını, sığorta şirkətlərini bizimlə işləməyə inandırmağa çalışırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xüsusi səfir: İqlim maliyyəsi fondunun vəsait həcmi müzakirə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yusif Abdullayev: Enerji istehsalında "yaşıl" enerjinin payını 30%-ə çatdırmaq istəyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












