Tokio şəhərinin qubernatoru: "Bakının təmizliyi və gözəlliyi məni valeh etdi"
sizinxeber.az xəbər saytı

Tokio şəhərinin qubernatoru: "Bakının təmizliyi və gözəlliyi məni valeh etdi"


Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün ölkəmizin paytaxtına səfərə gələn Yaponiyanın paytaxtı Tokio şəhərinin qubernatoru xanım Yuriko Koike Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov ilə görüşüb.

BŞİH-dən APA-ya verilən xəbərə görə, xanım Yuriko Koike Bakının təmizliyi və gözəlliyinin onu valeh etdiyini vurğulayaraq, Azərbaycanda olmağından və COP29 tədbirində iştirakından məmnun olduğunu bildirib.

Qonaq həmçinin, Azərbaycanın və Bakı şəhərinin son illərdə sürətlə inkişaf etdiyini xüsusilə qeyd etmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yaponiya nümayəndə heyətinin Bakıda olduğundan məmnunluğunu ifadə edərək paytaxt Bakı şəhəri barədə məlumat verib. O, bildirib ki, bu gün Bakı və regionların inkişafı Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir.

Daha sonra hər iki paytaxt şəhər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Oxşar xəbərlər

Eldar Əzizov: Bu dəfə yağışla biz zəif yerlərimizi gördük [xfgiven_updateblue][/xfgiven_updateblue]
BŞİH: Eldar Əzizov subasma qeydə alınan əraziyə baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
BŞİH-də qanunsuz tikililərlə bağlı məsələ müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Eldar Əzizov: "Bakı sürətlə inkişaf etdiyi üçün COP29-un burada keçirilməsi qərara alınıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər