Bakıda COP29 çərçivəsində Ümumdünya Meteorologiya Təşkilatının hesabatı təqdim edilib
sizinxeber.az xəbər saytı

Bakıda COP29 çərçivəsində Ümumdünya Meteorologiya Təşkilatının hesabatı təqdim edilib


Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk günündə Ümumdünya Meteorologiya Təşkilatının hesabatı təqdim edilib.

“Report” xəbər verir ki, hesabatda Paris Sazişinin geniş miqyaslı məqsədlərinin ciddi təhlükə altında olduğu vurğulanır.

Hesabatın təqdimatında təşkilatın baş katibi Seleste Saulo giriş nitqi ilə çıxış edib.

"Aylıq və illik istiləşmə göstəricilərinin müvəqqəti olaraq 1,5°C-i keçməsi Paris Sazişinin qlobal orta temperaturun sənayeləşmə dövrünə qədərki səviyyə ilə müqayisədə 2°C-dən xeyli aşağı saxlanılması və qlobal istiləşməni 1,5°C-yə qədər məhdudlaşdırmaq səylərinin davam etdirilməsi məqsədinə nail ola bilmədiyimiz demək deyil", - o bildirib.

Baş katib qeyd edib ki, temperaturla bağlı istənilən dəyişiklik əhəmiyyət kəsb edir.

"Temperaturun 1,5°C-dən aşağı və ya yuxarı olmasından asılı olmayaraq, onun yüksəlməsi ekstremal iqlim hadisələrini gücləndirir, nəticə və riskləri artırır", - S.Saulo qeyd edib.

Oxşar xəbərlər

Ümümdünya Meteorologiya Təşkilatının baş katibi iqlim dəyişikliyi ilə bağlı araşdırmalara maliyyə ayırmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın BMT ilə imzaladığı memorandum təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO və Azərbaycan COP29 üçün aqro-ərzaq sistemləri proqramını təkmilləşdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi ilə Anlaşma Memorandumu təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər