COP29-un Prezidenti ölkələri iqlim maliyyəsi üzrə məqsədlərə nail olmaq üçün səyləri birləşdirməyə çağırıb
"COP29 çərçivəsində 2030-cu ilədək hədəflərin müəyyənləşdirilməsi də vacib məqamlardandır".
Sizinxeber.az xəbər verir ki, bunu COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfransın açılış mərasimindəki nitqində deyib.
O, iştirakçı ölkələri iqlim maliyyəsi üzrə məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsinə çağırıb:
"Adaptasiya olunmuş maliyyə və şəffaflıq da əsas məsələdir. Bu sahədə ilk hesabat cari il ərzində təqdim ediləcək. Azərbaycan iqlim dəyişikliyi sahəsindəki nəhəng problemi həll etməklə, digər ölkələrə nümunə olmağı hədəfləyir. İqlim dəyişikliyi problemi ilə üzləşən bütün dövlətlər bizdən konkret nəticələr gözləyir. Gəlin, bu nəticələrin əldə etməsi üçün səylərimizi birləşdirək".
Oxşar xəbərlər
Xüsusi səfir: İqlim maliyyəsi fondunun vəsait həcmi müzakirə ediləcək
COP29-un baş danışıqçısı: Bütün ölkələr iqlim maliyyəsi məsələsində səylərini birləşdirməlidir
Muxtar Babayev: COP 29-un əsas hədəfi Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizənin yollarını müəyyənləşdirməkdir
Muxtar Babayev: COP 29-un əsas hədəfi Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizə aparılması yollarını müəyyənləşdirməkdir
Muxtar Babayev: Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan tərəfindən təklif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













