Çilini COP29-da böyük nümayəndə heyəti təmsil edəcək
"Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) Çilini 121 nəfərlik nümayəndə heyəti təmsil edəcək".
Sizinxeber.az xəbər verir ki, bunu Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Giancarlo Alberti deyib.
O əlavə edib ki, Çilidən Azərbaycan səfər üçün üç təyyarədən istifadə etməyin vacibliyini düşündükdə, bu rəqəm kifayət qədər diqqətçəkəndir: "Çili ilə Azərbaycan arasında əlaqələr 1994-cü ildən qurulub. Ötən 30 illik müddətdə biz bir-birimizin mövqelərini açıq şəkildə dəstəkləmişik və bu dəstək davam etdiriləcək".
Səfirin sözlərinə görə, bu ay ərzində Bakıda Çili Səfirliyinin Konsulluq Şöbəsi də fəaliyyətə başlayacaq.
Diplomat deyib ki, ölkələrimiz bir-biri ilə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və rəsmi Santyaqo bu əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsində maraqlıdır.
Oxşar xəbərlər
"Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə də razılıq əldə edib".
Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə razılıq əldə edib
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır
Qazaxıstanın Müstəqilliyinin ildönümü münasibətilə tədbir keçirilib - FOTO
Yaşıl İqlim Fondu bu il iqlim maliyyəsinə 50 milyon dollar vəsait ayırmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












