Fentsin Li: Çin WUF13-də şəhər regenerasiyasının ən yaxşı təcrübələrini təqdim edəcək
sizinxeber.az xəbər saytı

Fentsin Li: Çin WUF13-də şəhər regenerasiyasının ən yaxşı təcrübələrini təqdim edəcək


Çin WUF13-də şəhər regenerasiyasının ən yaxşı təcrübələrini təqdim edəcək.

Bu barədə "Sizinxeber.az"a Şanxay Universitetinin professoru, ali məktəbin nəzdindəki Şəhər Regenerasiyası və Dayanıqlı İnkişaf İnstitutunun icraçı direktorunun müavini, Bakıda keçirilən WUF13-də Çin pavilyonunu təmsil edən Fentsin Li bildirib.

"Biz Çin pavilyonunda şəhər regenerasiyası üzrə ən yaxşı beynəlxalq təcrübələri təqdim edirik. Bunlar bütün dünyadan olan layihələrdir - beş qitədən səkkiz kateqoriya üzrə nümunələrdir. Ümumilikdə 30 layihə seçilib və tezliklə onların arasından ən çox fərqlənən 10 layihəni elan edəcəyik. Bu, ilk belə beynəlxalq seçmə və burada keçirdiyimiz ilk mükafatlandırma mərasimidir", - o deyib.

Professor əlavə edib ki, Çin pavilyonu əhalinin müxtəlif qruplarının ehtiyacları nəzərə alınmaqla şəhər mühitinin inkişafını modelləşdirməyə imkan verən rəqəmsal planlaşdırma modelləri və interaktiv həllər də daxil olmaqla, süni intellektin tətbiq olunduğu şəhər regenerasiyası layihələrini təqdim edir.

Oxşar xəbərlər

Malayziya WUF13-də öz AP-UAP Platformasını təqdim edəcək
Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib
Rəşad Nəbiyev və Anaklaudiya Rossbax WUF13-ə hazırlığı müzakirə ediblər
WUF13-lə bağlı Bakının rəqəmsal nəqliyyat xəritəsi təqdim olunub
Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda WUF13-də iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər