COP29 zolaqlarından hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyi bilinib
“Yollardakı COP29 zolaqlarının avtobus zolaqlarından nə status baxımından, nə də hansısa digər meyarlara görə fərqi yoxdur. Bu zolaqlardan istifadə zamanı tətbiq olunan qaydalar COP29 zolaqlarına da aiddir”.
Sizinxeber.az-nın məlumatına görə, bu sözləri COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat və Hava Yolları Əməliyyatları Departamentinin direktoru Orxan Mahmudlu jurnalistlərə deyib.
O qeyd edib ki, müxtəlif ölkələrin liderlərinin Bakıya səfəri dövründə həmin zolaqlardan istifadə üçün müəyyən icazə vərəqələri və stikerlərin tətbiq olunması gözlənilir: “Zolaqların içərisində COP29-un loqosu olsa da, onlar avtobus zolaqlarıdır. Əslində şəhərin mobillik planı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu avtobus zolaqlarının çəkilməsi nəzərdə tutulmuşdu. Sadəcə COP29 tədbiri ilə əlaqədar bu proses müəyyən qədər sürətləndirilib. COP29 zolaqlarının avtobus zolaqlarından nə status baxımından, nə də hansısa digər meyarlara görə fərqi yoxdur. Cərimələnmə mexanizmi və bu zolaqlardan istifadə zamanı tətbiq olunan qaydalar COP29 zolaqlarına da aiddir. Növbəti aydan etibarən bu zolaqlar COP29 üçün nəzərdə tutulan şatl avtobusları, xüsusi qrup taksilər, həmçinin tədbirin xüsusi xidmət avtomobilləri tərəfindən istifadə olunması üçün ayrılacaq. Həmin zolaqlardan istifadə üçün müəyyən icazə vərəqələri və stikerlərin olması gözlənilir ki, bu stikerlər COP29 Əməliyyat Şirkəti tərəfindən xüsusi təyin olunmuş xidməti avtomobillərə, şatl avtobuslarına və taksilərə əvvəlcədən veriləcək”.
Oxşar xəbərlər
COP29 zolaqlarından hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda COP29-la bağlı nəqliyyat zolaqlarının salınmasına başlanılıb, 14 nəqliyyat qovşağı təşkil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının Şərifzadə küçəsində xüsusi avtobus zolağı təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: Azərbaycanda keçiriləcək COP29-da ciddi müzakirələr aparılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












