Prezidentin xüsusi müşaviri: ABŞ iqlimlə bağlı fəaliyyətlərdə iştiraka davam edəcək
ABŞ administrasiyası, əlbəttə ki, iqlim fəaliyyətlərində iştirak etməyə davam edir və bunu bu və ya digər dərəcədə davam etdirəcək.
Bunu “Sizinxeber.az”un sualını cavablandırarkən ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Bildiyiniz kimi, əvvəlki administrasiya Paris Sazişindən çıxmışdı. Hazırkı prezidentin ilk addımlarından biri sazişə yenidən qoşulmaq və bunun üçün xüsusi struktur yaratmaq oldu. O, yaxın dostum, keçmiş dövlət katibi Con Kerrini bu vəzifəyə təyin etdi. Bu, tərəflərin bir neçə uğurlu konfrans keçirməsinə səbəb oldu. ABŞ-nin bu sahədə lider olması vacibdir”, - o bildirib.
Podestanın sözlərinə görə, ABŞ-nin Paris Sazişindən kənarda olduğu dövrdə də Birləşmiş Ştatlar, o cümlədən submilli səviyyədə, qeyri-hökumət təşkilatları, vətəndaşlar səviyyəsində prosesin bir hissəsi olmağa davam edib: “Biz işin içindəyik. Prezident Obamanın Parisdə əsasını qoyduğu yola davam edəcəyik”.
Oxşar xəbərlər
Qazaxıstan Prezidentinin müşaviri: Hesabatlarda şəffaflıq iqlim səylərində irəliləyişi izləmək üçün çox vacibdir
Con Podesta: ABŞ Azərbaycanın COP29-da sədrliyini yüksək qiymətləndirir
ABŞ Prezidentinin baş müşaviri Azərbaycana gəlib
Con Podesta: Uyğunlaşmada ən az inkişaf etmiş ölkələrə dəstəyin gücləndirilməsi lazımdır
Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM












