Con Podesta: ABŞ Azərbaycanın COP29-da sədrliyini yüksək qiymətləndirir
ABŞ Azərbaycanın COP29-da sədrliyini yüksək qiymətləndirir. Azərbaycan Prezidenti İlham Əliyev ekologiya naziri Muxtar Babayev və xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə güclü komanda təyin edib.
"Report" xəbər verir ki, bu fikirləri ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Biz Azərbaycanın COP29-a ev sahibliyi etməyə razılıq verdiyi bir ildən az müddət əvvəl prioritetləri razılaşdırmışıq", - o bildirib.
Xüsusi müşavir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini diqqətə çatdırıb: “Biz bir sıra məsələlər, o cümlədən COP29-un uğurla keçirilməsinə hazırlıq, eləcə də Ermənistanla uzunmüddətli və layiqli sülh sazişinin bağlanması üçün davam edən səylər barədə fikir mübadiləsi apardıq”.
Onun sözlərinə görə, COP29-un keçirilməsi iqlim dəyişikliyinin təsirlərinin bütün dünyada müşahidə edildiyi kritik onillikdə kritik mərhələyə təsadüf edir: “Onlar açıq şəkildə göstərdilər ki, həm istixana qazı emissiyalarını azaltmaq, həm də dayanıqlıq və uyğunlaşmaya sərmayə qoyuluşunu sürətləndirmək üçün daha çox iş görülməlidir”.
C.Podesta vurğulayıb ki, dünyada baş verən təbii kataklizmlər və onların təsirləri dünya ictimaiyyətinə təzyiq göstərərək onun irəliləməsi, COP29-un uğurlu olması üçün səy göstərməsi və xüsusilə bu konfransda əsas prioritet olan inkişaf etməkdə olan ölkələr üçün lazımi resursların təmin edilməsini tələb edir.
"Hazırda bütün dünyanın gözü Azərbaycandadır. Bir aydan sonra burada çoxlu sayda qonaq olacaq. Hesab edirəm ki, biz gələcək sədrliyin mükəmməl rəhbərliyi altında yaxşı irəliləyir və noyabrda uğurlu nəticə gözləyirik", - o qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Quterreşin müşaviri ilə COP29 üzrə ortaq məqsədləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev BMqT rəsmisi ilə COP29-a hazırlıqlar ətrafında fikir mübadiləsi aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Somali XİN başçısı: COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla sıx əməkdaşlığa hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











