Dünya Bankı: "COP29 risklərə qarşı mübarizə üçün effektiv müzakirə meydanı rolunu öz üzərinə götürəcək"
sizinxeber.az xəbər saytı

Dünya Bankı: "COP29 risklərə qarşı mübarizə üçün effektiv müzakirə meydanı rolunu öz üzərinə götürəcək"


Riskləri hərtərəfli qiymətləndirmədən iqlim dəyişikliyi ilə effektiv mübarizə tədbirləri hazırlamaq mümkün deyil.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnsan Potensialının İnkişafı Proqramının rəhbəri Ahmet Levent Yener Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən panel sessiyasında deyib.

O, COP29-un atmosferin çirkləndirilməsi üzrə risklərə qarşı mübarizə üçün effektiv müzakirə meydanı rolunu öz üzərinə götürəcəyinə ümidvar olduğunu bildirib.

"BMT-nin üzvü olan dövlətlər iqlim dəyişikliyi risklərinin qiymətləndirilməsi üzrə mexanizmlərin hazırlanmasını mümkün qədər tez bir zamanda təmin etməlidir. Çünki, biz riskləri yetərincə qiymətləndirmədən iqlim dəyişikliyi ilə səmərəli mübarizə apara bilməyəcəyik. Hesab edirəm ki, Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi və ümumiyyətlə atmosferin çirkləndirilməsi üzrə risklərə qarşı mübarizə yollarının tapılması üçün əlverişli beynəlxalq platforma ola biləcək”, – proqramın rəhbəri qeyd edib.

Oxşar xəbərlər

Dünya Bankının nümayəndəsi: Bakıda keçiriləcək COP29 əlverişli beynəlxalq platforma ola biləcək
Nigar Arpadarai: İqlim dəyişikliyi ilə mübarizə hər kəsi əhatə etməlidir
İtaliyalı professor: İqlim dəyişikliyi ilə tək bir ölkə mübarizə apara bilməz
BMT-nin rezident-nümayəndəsi: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə çoxtərəfli yanaşmanın tərəfdarıdır
Dünya Bankı: “Nazirlərin Bakı görüşü iqlimə uyğunlaşma islahatlarının təşviqində mühüm rol oynayacaq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər