Françesko Korvaro: İtaliya inkişaf etməkdə olan ölkələri iqlimə uyğunlaşma məsələlərində dəstəkləməyə sadiqdir
İtaliya inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə həssaslığını nəzərə alaraq uyğunlaşma məsələlərində dəstəyini davam etdirəcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.
O qeyd edib ki, İtaliya “G7” tərəfdaşları ilə birlikdə uyğunlaşmanın sürətləndirilməsi aktını hazırlayıb.
“Bu təşəbbüsün əsas məqsədi ən həssas ölkələrdə uyğunlaşma tədbirlərinin həyata keçirilməsini sürətləndirməkdir. Biz cari çağırışlardan uyğunlaşma fəaliyyətinə mümkün qədər tez keçid etməliyik. Buna isə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, investisiya planları hazırlamaq və planlaşdırmadan faktiki icraya keçmək yolu ilə nail olmaq olar”, - xüsusi nümayəndə bildirib.
Oxşar xəbərlər
Françesko Korvaro: Dünya dövlətləri iqlim dəyişiklikləri ilə bağlı addımlar atmalıdır
Con Salonq: Uyğunlaşma fəaliyyətinin sürətləndirilməsi həssas ölkələr üçün vacibdir
Kerri Makkarti: Effektiv iqlim fəaliyyətləri maliyyə imkanlarından asılıdır
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək
Françesko Korvaro: COP29-un sədri kimi Azərbaycan çətin vəzifənin öhdəsindən uğurla gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
