Françesko Korvaro: COP29-un sədri kimi Azərbaycan çətin vəzifənin öhdəsindən uğurla gəlir
sizinxeber.az xəbər saytı

Françesko Korvaro: COP29-un sədri kimi Azərbaycan çətin vəzifənin öhdəsindən uğurla gəlir


COP29-un sədri kimi Azərbaycan ona həvalə edilmiş çətin vəzifənin öhdəsindən uğurla gəlir.

Bunu "Report"a açıqlamasında COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində deyib.

F.Korvaro qeyd edib ki, Bakıda keçiriləcək COP29-da çətin vəzifələr həll edilməli olacaq. O, tərəflərin razılığa gələ biləcəyinə əminliyini ifadə edib:

“Bildiyiniz kimi, bizim qarşımızda iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) müzakirəsi dayanır. İnanıram ki, tərəflər ümumi fikrə gələ və iqlim fondlarının gələcəyi üçün bu istiqamətdə növbəti addımları razılaşdıra biləcəklər”.

Oxşar xəbərlər

Françesko Korvaro: Dünya dövlətləri iqlim dəyişiklikləri ilə bağlı addımlar atmalıdır
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb
COP29: İqlim danışıqları üzrə marafonu noyabrda uğurla başa çatdırmaq niyyətindəyik
İtaliyalı professor: İqlim dəyişikliyi ilə tək bir ölkə mübarizə apara bilməz
Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər