Yeganə Hacıyeva: QHT sektoru COP29 çərçivəsində problemlərin həlli istiqamətində konsepsiya ortaya qoyur
Azərbaycanın QHT sektoru COP29 çərçivəsində regional və qlobal səviyyədə indekslərin formalaşmasında, problemlərin həlli istiqamətində konsepsiya ortaya qoyur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Azərbaycan QHT-ləri üçün COP29-da Yaşıl Bölgə ilə əlaqədar məlumat sessiyasında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həyata keçirilən fəaliyyətlərin qlobal səviyyədə iqlim dəyişmələrində ciddi rolu var:
"Regional və qlobal oyunçular Azərbaycanın iqlim dəyişmələri mövzusunda ortaya qoyduğu yeni yanaşmanı dəstəkləyirlər. Azərbaycan QHT sektoru qərargah tipli beyin mərkəzi formalaşdırıb. Bu beyin mərkəzi planetin iqlim dəyişmələri məsələsində "nələr təklif edə bilərik" mövzusu üzərində işləyir".
Oxşar xəbərlər
FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək”
ASK-nın Baş katibi: Özəl sektor "COP29-da Yaşıl Bölgə" mövzusunda əsas oyunçulardandır
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir
Prezident: Azərbaycan iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır
COP29 qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













