ABŞ və Avropa fond bazarlarında eniş müşahidə olunur - İndekslər
İyulun 31-də ABŞ və Avropa fond bazarlarında əsas indekslər üzrə ümumilikdə eniş müşahidə olunub.
"APA-Economics" xəbər verir ki, ABŞ fond bazarlarında Dow Jones indeksi 330,30 bənd və ya 0,74% azalaraq 44 130,98 bəndə, S&P 500 indeksi 23,51 bənd və ya 0,37% enərək 6 339,39 bəndə, Nasdaq Composite indeksi 7,22 bənd və ya 0,03% azalma ilə 21 122,45 bəndə düşüb. NYSE Composite indeksi 172,43 bənd və ya 0,84% azalaraq 20 458,45 bənd olub. S&P/TSX Composite (Kanada) indeksi də 110,18 bənd və ya 0,40% geriləyərək 27 259,78 bəndlə bağlanıb.
Avropa bazarlarında da oxşar dinamika qeydə alınıb. Euro Stoxx 50 indeksi 73,26 bənd və ya 1,36% azalaraq 5 319,92 bənd, Böyük Britaniyanın FTSE 100 indeksi 4,13 bənd və ya 0,05% azalaraq 9 132,81 bənd təşkil edib. Almaniyanın DAX indeksi 196,75 bənd və ya 0,81% enərək 24 065,47 bəndə düşüb. Fransanın CAC 40 indeksi 89,99 bənd və ya 1,14% azalma ilə 7 717,97 bənd olub. Avropada yeganə artım İspaniyanın IBEX 35 indeksində qeydə alınıb – indeks 16,40 bənd və ya 0,11% artaraq 14 397,00 bənd səviyyəsində qərarlaşıb.
Analitiklər qeyd edirlər ki, bazarların enişinə səbəb kimi investorların ABŞ-ın iqtisadi perspektivləri və Federal Ehtiyat Sisteminin mümkün faiz qərarları ilə bağlı ehtiyatlı davranışı, eləcə də Avropada zəif maliyyə göstəriciləri və qeyri-müəyyən makroiqtisadi mühit göstərilir.
Oxşar xəbərlər
Fond bazarlarında eniş müşahidə edilir - Birjada son durum
FED-in qərarından əvvəl ABŞ fond bazarlarında eniş davam edir - İndekslər
ABŞ və Avropa fond bazarlarında eniş müşahidə edilir
Amerika və Avropa birjalarında əsas indekslərdə azalma müşahidə edilir
Dünya fond birjalarında əsas indekslərdə yenidən artım müşahidə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













