Qlobal fond bazarlarında əsas indekslərdə eniş davam edib
sizinxeber.az xəbər saytı

Qlobal fond bazarlarında əsas indekslərdə eniş davam edib


Qlobal fond bazarlarında əsas indekslərdə eniş tendensiyası davam edib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 1,21% azalaraq 50 687,07 bəndə, S&P 500 indeksi 0,74% azalaraq 7 553,68 bəndə, Nasdaq Composite indeksi isə 0,89% azalaraq 26 853,97 bəndə enib.

Avropada da mənfi dinamika qeydə alınıb. Böyük Britaniyanın FTSE 100 indeksi 0,40% azalaraq 10 332,30 bəndə, Almaniyanın DAX indeksi 1,31% azalaraq 24 795,94 bəndə, Fransanın CAC 40 indeksi isə 0,71% azalaraq 8 150,42 bəndə düşüb.

Asiya bazarlarında da satışlar üstünlük təşkil edib. Yaponiyanın Nikkei 225 indeksi 1,65% azalaraq 67 273,75 bəndə, Honq Konqun Hang Seng indeksi 1,47% azalaraq 25 256,01 bəndə, Çinin CSI 300 indeksi isə 0,58% azalaraq 4 910,21 bəndə geriləyib.

Analitiklər qlobal bazarlardakı enişi investorların riskli aktivlərdən uzaqlaşması, Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və enerji qiymətlərindəki volatillik fonunda ehtiyatlı mövqe tutması ilə əlaqələndirirlər. ABŞ-da faiz dərəcələrinin yüksək səviyyədə qalacağına dair gözləntilər də səhm bazarlarına təzyiq göstərib.

Oxşar xəbərlər

Qlobal fond bazarlarında kəskin eniş müşahidə edilir - İNDEKSLƏR
FED-in qərarından əvvəl ABŞ fond bazarlarında eniş davam edir - İndekslər
ABŞ və Avropa fond bazarlarında eniş müşahidə olunur - İndekslər
ABŞ fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
ABŞ və Avropa fond bazarlarında artım müşahidə olunur - İndekslər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər