ING: Neftin orta qiyməti 89 dollara, risk ssenarisində isə 121 dollara çata bilər
Brent markalı neftin baza ssenarisi üzrə orta qiyməti 2026-cı ildə 89 dollar/barel, 2027-ci ildə isə 77 dollar/barel səviyyəsində nəzərdə tutulur.
"Sizinxeber.az-Economics" xəbər verir ki, Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group" qlobal enerji bazarları üzrə proqnozunu yeniləyib və neft qiymətləri üzrə gözləntilərini artırıb.
Hesabata əsasən, mənfi ssenaridə isə neft qiymətləri daha yüksək səviyyəyə çata bilər. Belə ki, 2026-cı ildə Brent neftinin qiymətinin 121 dollar/barelə, 2027-ci ildə isə 97 dollar/barelə yüksələcəyi ehtimal edilir.
Analitiklər qeyd edir ki, qlobal enerji qiymətləri üzrə proqnozların yuxarı istiqamətdə yenilənməsi bazarda risklərin artdığını göstərir.
Eyni zamanda vurğulanır ki, bu dinamika enerji ixrac edən ölkələrin gəlirlərinə müsbət təsir göstərir, lakin qlobal inflyasiya təzyiqlərini də gücləndirə bilər.
Qeyd edək ki, neft qiymətləri üzrə yeni proqnozlar qlobal iqtisadi və geosiyasi risklərin davam etdiyi şəraitdə formalaşdırılıb.
Oxşar xəbərlər
“Brent” markalı neft gələn il 51 dollara enəcək - PROQNOZ
ABŞ bu il üçün neftin qiyməti üzrə proqnozunu artırıb, gələn il üçün azaldıb
ABŞ gələn il üçün neft qiymətləri üzrə proqnozunu azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
