Paris Olimpiadasında açıq suda üzgüçülük məşqləri ləğv edilib
Paris Olimpiadasının təşkilatçıları Sena çayında baş tutmalı olan açıq suda üzgüçülük məşqini ləğv ediblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.
Məşqlərin ləğv edilməsinə səbəb suyun keyfiyyətsizliyi olub.
“Situasiya ilə bağlı gündəlik iclasdan sonra avqustun 6-da keçirilməsi planlaşdırılan tanışlıq sessiyasının ləğv edilməsi qərara alınıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, Sena çayında suyun keyfiyyətsiz olması səbəbindən üzgüçülük məşqlərinin ləğv edilməsinə və kişilər üzrə yarışın startının təxirə salınmasına baxmayaraq, iyulun 31-də Parisdə kişilər və qadınlar arasında triatlon yarışları keçirilib. Suyun çirklənməsinə səbəb kimi yağışlar göstərilib. Təşkilatçılar yalnız çərşənbə günü səhər saatlarında yarışı keçirmək üçün icazə ala biliblər.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
