Danimarka fondu Azərbaycanla aqrar əməkdaşlığı genişləndirmək istəyir
Danimarka İxrac və İnvestisiya Fondu Azərbaycanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
"Sizinxeber.az" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir müavini Sarvan Cəfərov Fondun Maliyyə direktoru Kare Stamer Andreasenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. O, qonaqlara ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb, Danimarka İxrac və İnvestisiya Fondu ilə əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırıb.
İşğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji zonası” elan edildiyini, bu ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını xatırladan S.Cəfərov ölkəmizin bu prosesdə mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bildirib.
K.S.Andreasen təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, müxtəlif ölkələrdə gördüyü işlər, o cümlədən kənd təsərrüfatı üzrə maliyyələşdirdiyi layihələr barədə danışıb. O qeyd edib ki, fond Azərbaycanla bir çox istiqamətlərdə, o cümlədən aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Görüşdə Danimarka İxrac və İnvestisiya Fondu ilə aqrar sahədə gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub. Tərəflər aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiyaların və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu sahədə ən müasir texnologiyaların transferi məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Azərbaycan və ITFC aqrar sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərkosmos" Aqrar Sığorta Fondu ilə əməkdaşlığa başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Moldova ilə aqrar məhsulların emalında əməkdaşlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Qazaxıstan aqrar məhsulların birgə ixracını müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: “Azərbaycan Misir ilə aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












