Azərbaycan və ITFC aqrar sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan və Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
"Sizinxeber.az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Məcnun Məmmədovun ölkəmizdə səfərdə olan ITFC-nin rəhbəri Hani Salem Sonbolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub.
M.Məmmədov COP29-un əhəmiyyətinə toxunub, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb, Azərbaycanın İslam İnkişaf Bankının tərkibində fəaliyyət göstərən ITCF ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
H.S.Sonbol isə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, müxtəlif ölkələrdə gördüyü işlər, o cümlədən kənd təsərrüfatı ilə bağlı maliyyələşdirilən layihələr barədə məlumat verib. O bildirib ki, təmsil etdiyi maliyyə qurumu Azərbaycanla bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Qonaq COP29-un həm də tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma rolunu oynadığını deyib.
Oxşar xəbərlər
Azərbaycan kənd təsərrüfatı məhsullarının Braziliyaya ixracını genişləndirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Macarıstan aqrar sahədə əməkdaşlıq istiqamətlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: “Azərbaycan Belarusun aqrar şəhərciklərin salınması təcrübəsinə maraq göstərir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Qazaxıstan aqrar məhsulların birgə ixracını müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məcnun Məmmədov: “COP29-dakı iqlim müzakirələri aqrar sektora dəstək verəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












