Nazir: “Azərbaycan Misir ilə aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır”
Azərbaycan Misir ilə aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşündə bildirib.
Nazir qeyd edib ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələri bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməyə imkan verir.
M. Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə qonağa məlumat verib. Tərəflər Azərbaycan ilə Misir arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, Misirdən olan sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ("Caspian Agro") iştirakı və digər məsələləri müzakirə ediblər.
Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan və İordaniya aqrar sahədə birgə İşçi Qrup yarada bilər
Nazir: “Azərbaycan Belarusun aqrar şəhərciklərin salınması təcrübəsinə maraq göstərir”
Məcnun Məmmədov: “COP29-dakı iqlim müzakirələri aqrar sektora dəstək verəcək”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
