"Azərkosmos" Aqrar Sığorta Fondu ilə əməkdaşlığa başlayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") Aqrar Sığorta Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, əməkdaşlığın məqsədi peyk monitorinqi ilə quraqlıq, daşqın və iqlimlə bağlı digər fəlakətlər zamanı kənd təsərrüfatı sahələrinin üzləşəcəyi riskləri əvvəlcədən sığortalamaqdır.
Hazırda iqlim dəyişiklikləri fonunda peyk məlumatlarının kənd təsərrüfatı sığortasına inteqrasiyası və bu sahədə istifadəsi dinamik prosesdir.
Bu əməkdaşlıq sayəsində yerin məsafədən müşahidəsi və coğrafi informasiya həlləri və bitki örtüyü indekslərindən istifadə etməklə əkin sahələrində monitorinqin icrası, məhsuldarlıq proqnozlarının əldə edilməsi və hər hansı fəlakətlər zamanı dəymiş zərərin qiymətləndirilməsi mümkün olacaq.
Aqrar sektorun sığortası ilə kosmik həllərin birgə istifadəsi təkcə sığortaçılara fayda vermir, həm də bütövlükdə kənd təsərrüfatı sektorunun dayanıqlılığını və maliyyə itkilərindən qorunmasını dəstəkləyir.
Oxşar xəbərlər
"Azərkosmos" Türkiyə şirkəti ilə əməkdaşlıq edəcək
"Azərkosmos" Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb
"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək
"Azərkosmos" qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb
Aqrar Sığorta Fondu 9 aylıq nəticələri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
