Biləsuvarda tərəvəz bitkilərinin yığımı yekunlaşıb, builki məhsuldarlıq yüksək olub 
sizinxeber.az xəbər saytı

Biləsuvarda tərəvəz bitkilərinin yığımı yekunlaşıb, builki məhsuldarlıq yüksək olub 


Biləsuvar rayonunda tərəvəz bitkilərinin məhsulunun yığımı yekunlaşıb.

Bu barədə "Report"un Muğan bürosuna Rayon Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il məhsul yığımı ötən illə müqayisədə yüksək olub. Belə ki, 1 404,3 hektar sahədə tərəvəz bitkiləri əkilib və nəticədə 44 055 ton məhsul toplanıb.

Bu il isə əkin sahələrinin ərazisi genişləndirilərək 1 434,5 hektara çatdırılıb. Fermerlər sahələrdən cari ildə 49 858 ton məhsul əldə ediblər.

Qeyd olunub ki, bu il əsasən rayon ərazisində pomidor, xiyar, soğan, badımcan, bibər, yaşıl noxud kimi tərəvəz bitkiləri becərilib.

Oxşar xəbərlər

İmişlidə bostan və tərəvəz bitkilərinin məhsuldarlığı keçən ilə nisbətən artıb
Biləsuvarda günəbaxan yığımı yekunlaşıb, bu il məhsul ötən illə müqayisədə çoxdur
Biləsuvarda pomidorun məhsuldarlığı bu il 4 dəfəyə yaxın artıb
Cəlilabadda günəbaxan yığımı yekunlaşıb, bu il məhsul ötən illə müqayisədə çoxdur
Biləsuvarda pambıq yığımı başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle