Biləsuvarda pomidorun məhsuldarlığı bu il 4 dəfəyə yaxın artıb
sizinxeber.az xəbər saytı

Biləsuvarda pomidorun məhsuldarlığı bu il 4 dəfəyə yaxın artıb


Biləsuvar rayonunda bu il pomidorun məhsuldarlığı xeyli artıb.

Bu barədə "Report"un yerli bürosuna Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il 667,7 hektar sahədə pomidor bitkisi əkilib. Nəticədə sahələrdən bu günə qədər 35 720 ton məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 552,1 sentner olub.

Qeyd edək ki, ötən il rayon ərazisində 228,63 hektar sahədə pomidor bitkisi becərilib. Cari ilin müvafiq dövrü ilə müqayisədə ötən il sahələrdən 9 738 ton məhsul əldə olunub və orta məhsuldarlıq 426 sentner təşkil edib.

Hazırda sahələrdə məhsul yığımı davam edir.

Oxşar xəbərlər

Cəlilabadda yoncanın məhsuldarlığı azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda şəkər çuğunduru yığımı başlayıb, bu il məhsuldarlıq ötənilkindən çoxdur  [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda günəbaxan yığımı başlayıb, orta məhsuldarlıq ötənilkindən yüksəkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda pambıq yığımı başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda nar yığımı başlayıb  [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər