Azərbaycanda transsərhəd çaylarının birgə idarəetmə mexanizmi ssenarilərinin işlənilməsi təklif edilib
Azərbaycanda transsərhəd çaylarının birgə idarəetmə mexanizminin, onların tətbiqi ssenarilərinin hazırlanması təklif edilib.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda Kür çayı ilə bağlı hər hansı bir ssenari hazırlanarsa, bununla heç nəyə nail oluna bilməz: “COP29 çərçivəsində Azərbaycanda transsərhəd çayları üzrə birgə mexanizmlə bağlı ssenari işlənilməsini istəyirik. İstəyirik ki, su ssenarisi işlənilsin, onun icrası ilə bağlı adaptasiya planları çərçivəsində region ölkələri birgə tədbirlər həyata keçirsinlər. Əlbəttə ki, Yaşıl İqlim Fondunun və digər qurumların dəstəyi ilə adaptasiya fəaliyyətini həyata keçirməklə su ehtiyatlarımızın gələcək iqlim dəyişiklikləri fonunda davamlılığını artıra bilərik”.
R. Verdiyev qeyd edib ki, Şimalda dəniz səviyyəsi qalxır, okeanlarda buzlar əriyir: “Təklif edilir ki, bu məsələ iqlim dəyişiklikləri üzrə mexanizmlərin tərkibinə daxil edilsin. Ancaq bizim quraq ərazilərimizdə bunun əksi baş verir. Qapalı su hövzələri yağıntı və çay axının azalması ilə onların quruması tendensiyası yaşanır”.
Oxşar xəbərlər
Azərbaycanda su ehtiyatlarının uçotu Qarabağdan başlayacaq
Azərbaycanın səth sularının həcmi açıqlanıb
ETSN: Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
